Cinsini dəyişib ərə gedən bloger Bakıda təmtəraqla qarşılandı - Foto

05 Yanvar 2025
678298c37d861202501251355
1449
Cinsiyyətini dəyişib qadın olan və özünə dəbdəbəli toy məclisi qurub evlənən Türkiyənin məşhur fenomeni Selin Ciyerci Bakıya gəlib. Selin  hava limanında media nümayəndələrinin suallarını cavablandırıb. Məşhur Azərbaycana ilk dəfə gəldiyini dilə gətirib: “Sizin burada olmağınızdan xəbərdar idim, təəcüblənmədim. İlk dəfədir ki, Bakıya gəlirəm, amma atam tez-tez ölkənizin qonağı olur, çünki tekstilçidir. Azərbaycanlıları çox sevirəm. Bura həm iş, həm də gəzmək üçün gəlmişəm. Bakıda həm də kosmetik vasitələrimi nümayiş etdirəcəm”.