Çingiz Mustafayevin toyundan görüntülər - VİDEO

19 May 2024
Cingiz Mustafayev
1528

Xəbər verdiyimiz kimi, bu gün Çingiz Mustafayevin Kuş adasında toyudur.

Ailə qurduğu xanımı hər vəchlə gizlədən sənətçi buna nail ola bilməyib. Onun həyat yoldaşının görüntülərini OLAY yayımlayıb.

İndi isə bəzi təfərrüatları sizinlə bölüşürük.

OLAY-ın əldə etdiyi məlumata görə, Çingizin xanımı Yana adlı astroloqdur. Əslən ukraynalı olan Yana Nijnik 1986-cı ilin iyununda Ukraynanın Korosten şəhərində dünyaya gəlib. Hazırda Kiyevdə yaşayan astroloq müxtəlif şəhərlərdə seanslar keçir.

Yana Balidə də konsultasiyalarda iştirak etdiyindən cütlüyün orada tanış olduğunu təxmin edirik.

***

Bu gün müğənni Çingiz Mustafayevin toyudur. 

Show.az xəbər verir ki, məclis Türkiyədə Kuşadasında keçirilir. Çingiz Yana adlı ukraynalı xanımla ailə qurur. 

Məclisə ifaçının Azərbaycandan dostları qatılıb. Toydan görüntülər sosial şəbəkədə paylaşılıb.