Çinarənin əri ilk dəfə körpələrinin ölümündən danışdı - VİDEO

12 İyun 2024
6669f4817800c202406241825
995

Plastik cərrah Ruslan Rəsul yenidoğulan övladının vəfatından danışıb.

O, həyat yoldaşı - aparıcı Çinarə Əliyeva ilə uşağının qüsurlu doğulacağından xəbərdar olduqlarını bildirib:

"Müayinələr zamanı bizə döldə ağciyərin sıx inkişafdan qalmasını, qüsurlu doğulacağını bildirdilər. Valideynlər uşağın süni doğuş etməklə tələf olmasını istəyirlər. İstəmirlər ki, belə qüsurlu bir uşaqları olsun. Amma biz axıra kimi getdik. Əməliyyatdan yeddi gün sonra körpənin ağciyərləri açılmadı və öldü".

Həyat yoldaşının vəziyyətindən danışan plastik cərrah sosial şəbəkələrdə uşağın vəfatının ilk evliliklərinə bağladıqlarını da qeyd edib:

"Çinarəni toparlamağa çalışıram. Deyirəm ki, Tanrı deyilik ki, əlimizi çəkək, xəstəlik düzəlsin. Ola bilər ki, uşaq qalardı və sonradan problem olardı. Deməli, Allah belə istədi olsun. Bəzi insanlar sosial şəbəkələrdə uşağın ölümünü mənim birinci evliliyim ilə əlaqələndirirlər. Yazırlar ki, aliment vermir, ona görə belə oldu. Kim istəyir getsin Xətai Rayon İcra Şöbəsinə maraqlansın".

Ətraflı süjetdə: