Çiçəyin anası məşhur müğənni imiş... - FOTO

05 İyul 2024
6687d3021403c202407240330
2799

Çiçək ləqəbi ilə tanınan radio aparıcısı Şəhla Vakkas və anası Zaur Kamalın 5/5 verilişində qonaq olub.

Show.az Qafqazinfo-ya istinadən bildirir ki, verilişdə aparıcının anası Sevda Vəliyevanın əvvəllər müğənni kimi fəaliyyət göstərdiyi məlum olub.

S.Vəliyeva qeyd edib ki, 15 yaşında toylara getməyə başlayıb:

"20 ildən sonra efirə çıxdım, çox həyəcanlıyam. 15 yaşım var idi, Bakı kəndlərində mahnı oxuyurdum. Türk mahnıları ifa etməyə başladım, ondan sonra adım "Turetski Sevda" qaldı. Sonra ailə həyatı qurdum, sənətdən uzaqlaşdım".