Cazibəsi ilə heyran edən aktrisanın görün neçə yaşı var imiş - Foto

15 Mart 2025
676343f042b33202412245144
1404

Hazırda Azərbaycanın ən çox sevilən komediya layihəsi "Komedixana"dır. 

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan layihə qısa zamanda izləyicilərin böyük marağına səbəb oldu. İllərdir həm televiziyada, həm də "YouTube"da yüksək reytinqlər əldə edən ekran işi izləyicilər tərəfindən çox sevilir. Hətta indiyə kimi bir çox aktyor və aktrisa layihədən ayrılsa da, "Komedixana" əvvəlki kimi maraqla izlənilməyə davam edir. Bu gün isə insanların üzündə təbəssüm yaradan sənətçilərin yaşlarına nəzər salacağıq. 

Sizcə, "Komedixana"nın ulduzlarının neçə yaşı var? 

Siyahını təqdim edirik: 

Ənvər Abbasov 

2 iyun 1985-ci ildə dünyaya gələn sevilən sənətçinin 40 yaşı var. 


Zarina Qurbanova 

17 dekabr 1990-cı ildə doğulan gözəl aktrisanın isə bir neçə həftə sonra 35 yaşı olacaq. 


Müşfiq Şahverdiyev 

11 sentyabr 1983-cü ildə dünyaya gözlərini açan məşhur aktyorun 42 yaşı var.


Xəyalə Quliyeva

26 aprel 1980-cı ildə anadan olan tanınmış aktrisanın isə yaşı 45-dür.


Cavidan Novruz

12 fevral 1987-ci ildə dünyaya gələn məşhur aktyorun da 38 yaşı var.


Mələk Kazımova 

25 iyul 1996-cı ildə dünyaya gələn gözəl aktrisanın 29 yaşı var. 


Mənsur Şərif 

25 fevral 1990-cı ildə dünyaya gözlərini açan məşhur aktyorun yaşı isə 35-dir. 


Həsrət Həsrətov 

11 aprel 1983-cü ildə doğulan sevilən aktyorun 43 yaşı var.


 İlkin Misgərli

6 yanvar 1983-cü ildə anadan olan tanınmış aktyorun da 43 yaşı var.


Nicat Rəhimov 

17 aprel 1987-ci ildə doğulan aktyorun da yaşı 38-dır.//HİT.az