Cavanşir Məmmədov vəfat etdi

20 Aprel 2024
Cavansir Memmedov
10638

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

Show.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. 

***

Əməkdar artist Cavanşir Məmmədovun ölüm səbəbi məlum olub.

Əməkdar artistin qızı Xatirə Məmmədova açıqlamasında bildirib ki, atası evində qəfil infakt keçirib. Müğənni evində dünyasını dəyişib.

Xatırladaq ki, C. Məmmədov ürək problemindən əziyyət çəkirdi.

***

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.

Sənətçi dünən Bakıdakı şadlıq saraylarının birindəki toy məclisində iştirak edib.