Bu verilişlərlə bağlı qərar verildi - 30 dəqiqə efir vaxtı olacaq

14 Mart 2024
verilis zaur xosqedem
658

Azərbaycan televiziya kanallarında yayımlanan və cəmiyyətdə mənfi müzakirələrə səbəb olan “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur”, “Təsir dairəsi” verilişləri ilə bağlı qərar verilib.

Show.az xəbər verir ki, həmin proqramların efir vaxtları qısaldıralaraq təxminən 30 dəqiqə olması nəzərdə tutulub.

Bundan əlavə, verilişlərin formatlarında müəyyən dəyişikliklər də ediləcək.

Xatırlatma: Bir neçə gün öncə, ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılaraq adıçəkilən verilişlərlə bağlı xəbərdarlıq edilib.