"Bu nankorluğu ondan gözləmirdim" - Rəfiqəsindən Damla haqqında şok açıqlama - VİDEO

06 İyun 2024
Damla
888

Vaxtı ilə "Yeni ulduz" müsabiqəsinin iştirakçı olmuş Nuranə Bahəddin keçmiş rəfiqəsi Damla barədə inanılmaz açıqlamalar edib.

Show.az xəbər verir ki, gənc ifaçı Damlanın məşhurluq qazanmamışdan öncə onunla çox yaxın rəfiqə olduğunu bildirib. Nuranə günün çox hissəsini bir yerdə keçirdiklərini, bir qabdan yemək yediklərini sözlərinə əlavə edib.

Gənc ifaçı bir gün Damlanın məşhurluq qazandıqdan sonra ondan uzaqlaşıb, yadlaşacağını heç vaxt düşünmədiyini qeyd edib. O, Damlanın ona qarşı belə bir nankorluq edə biləcəyini ağlından belə keçirmədiyini bildirib.

Ətraflı videoda:

(titul.az)