Milli Qəhrəman Natiqin sevdiyi qızın sonrakı taleyi - Ərə getməyib gözləyibmiş

02 Yanvar 2025
677696403db76202501253600
1447

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib.

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.

Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.

Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.

Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.

Dinc soydaşlarımızı ölümdən xilas etmək üçün təslim olub əsir götürülən Natiq Qasımov...

Hər kəs onu əlində Azərbaycan bayrağı, əhatəsində düşmən quldurları olan şəkli ilə tanıyır. Bu qəhrəmanın hekayəsi dəfələrlə danışılıb, yerli və xarici rejissorlar onun haqqında filmlər çəkib, dərsliklərdə onun qəhrəmanlığından bəhs olunub. Lakin Natiq Qasımov kimi igid haqqında hələ də kifayət qədər bilinməyən, maraqlı məqamlar var.Natiqin həyatına, keçdiyi döyüş yoluna işıq salmaq üçün şəhidin ailəsini ziyarət etdik. Natiq Qasımovun qardaşı şəhidlə bağlı bu günədək qaranlıq qalan bir sıra məlumatları Bizim.Media ilə bölüşüb.Sözügedən videomüsahibəni təqdim edirik: