Bu gün 3 polisi, 1 mülki vətəndaşı qətlə yetirən Rövşənlə bağlı şok – Görün kimdir - Hadisə yerindən VİDEO/FOTO
Bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.
Rövşən Allahverdiyev kimdir və niyə axtarışda olub?
Show.az Axar.az-a istinadla xəbər verir ki, aprel ayında Bakı sakini Abbas Dadaşov Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçi olduğunu bildirib. AFN-ə açıqlamasında deyib ki, Teymur Şahbazov qardaşının adından və mövqeyindən sui-istifadə edərək, Sumqayıt şəhəri, Koroğlu küçəsində, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan külli miqdarda pul alıblar.
T.Şahbazov şikayətçini Rövşən Allahverdiyevlə birgə aldadıb. Abbas Dadaşovun sözlərinə görə, ondan üst-üstə 236 min manat pul alıblar.
Şikayətçinin sözlərinə görə, Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.
DİN-in məlumatında göstərilir ki, axtarışda olan R.Allahverdiyev bundan öncə dəfələrlə məhkum olunub. Onun bundan öncə CM-in hansı maddələri ilə mühakimə olunduğu haqda məlumat yoxdur.
***
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentdə üç polis əməkdaşını qətlə yetirən 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev axtarışda olub.
Show.az bildirir ki, Lent.az-ın əməkdaşı hadisə baş verən evə gedib.
Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurmuş.
Həmin şəxsin fotosunu təqdim edirik:
Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən məhv edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
***
Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs həlak olub.
Show.az xəbər verir ki, Baku TV-nin çəkiliş qrupu hadisə yerində gedib.
Qeyd edək ki, keçmiş məhkum, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Belə ki, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib. R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Hadisə yerindən görüntüləri təqdim edirik: