"Boşanmışam deyə özümə "stop" qoymalıyam?" - FOTOLAR

04 Avqust 2024
66b0e0c26d20d202408242506
2077

"Uşaqlarımın atası ilə o vaxt ayrılanda lap pis baxırdılar. Hətta bir il qızımdan gizli saxladıq. O, öz həyatını yaşadı, mən isə öz həyatımı. Həmişə demişəm, deyəcəm də. Çox sağol ki, belə gözəl balalar mənə verdin". 

Show.az xəbər verir ki, bu sözləro rəqqasə Rəna Ağamuradova (Renka) sosial media hesabında yazıb. O, cəmiyyətdə boşanmış qadınların növbəti dəfə ailə həyatı qurmasına birmənalı baxılmadığını vurğulayıb:

"Qaldı ki, boşanmış qadın Azərbaycanda dəhşət. Boşandın bir vay, bir uşaqla səni alan kimdir, sənə yiyə duran kimidir? Başa düşmədim, mənim özümə nə gəlib? Məgər o qədər zəifəm? İkinci dəfə bir uşaqla evləndim, vay utanmır, övladı var ərə gedir. Başa düşmədim, mən adam deyiləm? 26-27-28 yaşında boşanmışam, demək artıq özümə "stop" qoymalıyam? Mən də qadınam, qayğı, nəvaziş, adi evdə divara mismar vurub xırda şeylərə mənə dəstək olmağını istəyirəm. 

Vay-vay yazıq oğlan boşanmış qız alıb, ailəsi ondan imtina edib, həyatı puç oldu. Niyə axı, niyə? Niyə biz xoşbəxt ola bilmirik? Niyə biz burnumuzu başqasının həyatına soxmalıyıq?"

/axsam.az