“Bizim Cəbiş müəllim”dən çıxarılan səhnə: Zirzəmidəki kadrlar niyə silinib? - Video

30 Mart 2025
67e8df9ce051a202503250724
2364

Xalq artisti Şəfiqə Məmmədova teatr və kinoda bir çox yadda qalan obrazlar yaradıb. Lakin onun “Bizim Cəbiş müəllim” filmində yaratdığı obraz xatirələrdə daha çox yer alıb.

1969-cu ildə Həsən Seyidbəylinin quruluş verdiyi bu film Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkib. Filmdə baş rolları Şəfiqə Məmmədova, Süleyman Ələsgərov canlandırıblar.

Çəkilişlər zamanı lentə alınan, amma filmə salınmayan səhnə bir neçə il əvvəl YouTube-dan sosial şəbəkədə köçərək böyük ajiotaj yaradıb.

Həmin səhnədə Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəzlə zirzəmidə görünür. qadını yoldan çıxarmağa çalışan Əbülfəzin qaranlıqda ucalan qışqğırığı onun layiqli cəza aldığını isbatlayır. / Yenisabah.az