Bakıdakı qalmaqallı heykəl söküldü - Foto

10 Noyabr 2024
67304b6a9711e202411245802
1515

Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması birmənalı qarşılanmayıb.  “Lüt qadın heykəli” sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. 
Qeyd edək ki, "Lüt qadın heykəli" artıq sökülüb. 
Xatırladaq ki, Kuinnin heykəlləri Londonda, Qətərdə və ABŞ-da nümayiş olunub. 

"Təbiətin gücü" adlı əsəri 2 cür hazırlanıb. Paltarlı və paltarsız. Paltarsız versiya Bakıda nümayiş olunurdu. / Ajans.az