“Bakıdakı bütün evlər mənimdir” - Mahsun Qırmızıgül Bakıda - VİDEO

14 May 2024
6643b4c09889f202405240016
631

Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıda konsert vermək üçün ölkəmizə gəlib. Təxminən 10 min adama konsert verəcək türkiyəli sənətçi həyəcanını dilə gətirib.

Müğənni Azərbaycanı çox sevdiyini, insanlarının qonaqpərvər olduğuna diqqət çəkib:

"Bakıdakı bütün evlər mənimdir. Anamın doğulduğu bölgədə hələ də otel yoxdur. İnsanlar kimdən otel soruşsa, onu evlərinə aparıb qonaq edərlər. Mən də Bakıda özümü belə hiss edirəm. Ona görə də mənim Azərbaycanda gedəcək qapım çoxdur. Kimə desəm ki, məni evinə apar, bilərəm ki, qonaq edər. Ona görə də sizin hamınızı çox sevirəm".

Qeyd edək ki, sənətçi 17 və 18 mayda Bakı Konqres Mərkəzində konsert verəcək.