Bakıda tuneldə batan iki nəfərin meyiti tapıldı - Video

22 Oktyabr 2024
671782d18a754202410244745
501

Bakıda güclü yağışdan sonra "Sabunçu keçidi" kimi tanınan ərazidə iki nəfər batıb. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, leysan yağış zamanı tuneldə qalaraq boğulan iki nəfərin meyiti tapılıb.

Qeyd edək ki, ötən gün Bakıda normadan artıq yağıntı olub, nəticədə şəhər infrastrukturunda problemlər yaranıb.

Sosial şəbəkələrdə Sabunçu tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılmışdı.