Bakıda dəhşətli hadisə: 16-cı mərtəbədən özünü atan komendantın üstünə düşdü, hər ikisi öldü

04 İyun 2024
665eeab21fa3b202406242138
6159

***

Bakıda dəhşətli intihar hadisəsində sonra ölənlərin kimlikləri məlum olub.

2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.

***

Bakıda dəhşətli intihar hadisəsi olub.

Show.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsində özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.

Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.