"Baboşa" pərəstiş edən iş adamı barəsində cinayət işi başlanılıb - VİDEO
Azərbaycan Reallığı"na sözügedən milyoner fanatla bağlı təsdiq olunmuş bir neçə məlumatlar daxil olub.
Həmin şəxs Göygöl şəhəridə yerləşən "Quseynoff vodka” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbəridir. Hal-hazırda onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə ittihamı ilə cinayət işi başlanılıb, etibarlı mənbənin məlumatına görə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) (Saxta aksiz markalarının dövriyyəsi) (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və (Vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Satış obyektində aparılmış axtarışlarla sözügedən müəssisəyə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb. Həmçinin onun barəsində bir neçə ay bundan öncədə Gəncə şəhərində dostu ilə birlikdə şəhər sakininin üzərinə hucum edərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Buna görə də Cinayət Məcəlləsinin 221.2.1 ittihamı ilə məhkum olunublar./7news.az