Azərbaycanlı müğənni qardaşına bahalı maşın aldı - "Bacım mənə F30 aldı" - VİDEO

28 İyul 2024
66a6650861de9202407243432
928

Müğənni Nəfəs "Həmin Zaur" verilişinin qonağı olub.

Show.az xəbər verir ki, aparıcı Zaur Kamal sənətçinin bacı və qardaşını studiyaya dəvət edib. Sənətçinin qardaşı ilə söhbət əsnasında Nəfəsin ona lüks avtomobil aldığı məlum olub.

Bacısının ona gənclər arasında məşhur olan F 30 model "Bmw" markalı maşın hədiyyə etdiyini deyən gənc həmçinin onun sürücüsü olduğunu bildirib.

Müğənni həmçinin, ailəsi barədə səmimi açıqlamalar verib.

Ətraflı videoda:

(milli.az)