Azərbaycanlı müğənni ağır qəzaya düşdü - Oğlu vəfat etdi - FOTO

05 May 2024
66373b1344104202405245355
2468

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb.

Show.az oxu.az- istinadən xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi “Nissan Murano” markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib.

Yol-nəqliyyat hadisəsi zamanı həlak olan İlkin Rzayevin fotosunu təqdim edirik:

***

Azərbaycanda müğənni ağır qəzaya düşüb.

Show.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib.  

Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib. 

Qeyd edək ki, qəzaya düşən müğənni Həbib Rzayev (Şəmkirli) qərb bölgəsinin tanınmış toy müğənnilərindən biridir.