Azərbaycanlı model: “Pul verirlər ki, təki yanımda yat” - VİDEO

30 Mart 2024
6607ab64d9b50202403240420
3754

"İndi blogerlər alfons kişiləri saxlayırlar və bununla da öyünürlər. Bunlara isə mənim gülməyim gəlir".

Show.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri "Miss Azerbaijan 2019", model Səmra Hüseynova sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

Səmra ad çəkməsə də iddia edib ki, bəzi blogerlər ərləri olsa belə pul hesabında alfons kişilərlə görüşürlər:
"Bloger xanımlar başqa kişinin aldığı evə alfons kişini soxur. Bunun da adını "ailə" qoyur. Nə deyim vallah? Bloger xanımın əri gedir başqasıyla gəzir, amma ona yenə də "ərimdir, ərim" deyir. Heç o "ərim" dir deyən kişi evə bir ədəd çörək belə almır. 
Yalandan reklam qarşılığında gül mağazalarına gedib, oradan bir dəstə çiçək götürüb "bunları mənə ərim alıb" deyirlər. Siz belə etməklə kimi aldadırsınız? Siz belə yalnız özünüzü aldadırsınız. Niyə özünüzə hörmət etmirsiniz? 
Pulla kişi saxlamaq nə deməkdir? Bəyəm o qədər zəifsiniz?! O qədər dəyərsizsiniz ki, bir kişini pulla yanınızda saxlayırsınız?! Deyirsiniz ki, pulunu verirəm, təki yanımda yat".
Qeyd edək ki, ötən gün aparıcı və prodüser Tarix Əliyev sosial şəbəkə hesabında bir sıra blogerlərin saxtakarlıq etməsi ilə bağlı videoaçıqlama yaymışdı.