Azərbaycanın Xalq artisti rus arvadından buna görə boşanıbmış

27 İyun 2024
667d5384a7887202406245652
994

Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko 9 illik münasibətlərini sonlandıraraq boşanıb. 

Show.az bizim.media-ya istinadən bildirir ki, Y.Eyvazovla A.Netrebkonun ayrılmasına səbəb aralarında olan uzun məsafə olub.

"Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar: Yusif daha çox Bakıda işləyir, Anna isə daim Vyanadadır. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi", - deyə nəşr yazıb. 
Həmçinin bildirilib ki, dünyanın bir çox yerində mülkləri olan cütlük üçün əmlak bölgüsü çətin olmayıb.  
Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.