Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürüldü

07 Yanvar 2025
677d52b2ec4c2202501251338
1333

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Bu barədə Bakupost.az -a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Pərvanə İmanova bildirdi ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırlır.