Azərbaycanda vəzifəli şəxs həbs edildi: İçkili halda göyərti satan qadını… - Biabırçılıq

02 İyun 2024
665b95cc5fdf6202406244236
428

Gədəbəydə qanunsuz küçə satışı ilə əlaqədar içkili halda monitorinq keçirən şəxs "Kənd dayanacağı" adlanan yerdə göy-göyərti satan qadına "namuslu qadın burada pencər (göyərti) satmaz" dediyi üçün həbs edilib.

"Qaynarinfo" xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

1962-ci il təvəllüdlü Gədəbəy rayonunda doğulmuş, MMC-də sosial işçi (ictimai işlər) vəzifəsində işləyən Fəqan Cəlalov (ad, soyad şərtidir) içkili halda qanunsuz küçə satışı ilə bağlı monitorinqdə iştirak edib.

O, göy-göyərti satan Sənubər Xudaverdiyevanın vedrəsinə təpik vuraraq ona qarşı nalayiq ifadələr işlədib.

O, "namuslu qadın burda pencər satmaz", "mən Fəqaniyəm ey, mənim ordenlərim var" deyib.

Məhkəmənin hökmü ilə Fəqan Cəlalov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona 15 gün müddətinə həbs inzibati tənbeh təyin edilib.