Azərbaycanda şok qadağa: Bu sənətçilər efirə buraxılmayacaq

29 Aprel 2025
68110d42ece30202504253250
704

Azərbaycan efirlərində bir sıra bayağı ifaçılara qadağa qoyulub. Artıq bir həftədir ki, mövcud qadağa tətbiq olunur.

Efirlərin belə bir tədbiri görməsinə səbəb  bəzi bayağı ifaçıların televiziya verilişlərində ifa etdikləri mahnılar, geyimləri və danışıq tərzləri olub.

Əldə etdiyimiz məlumata görə, bundan sonra bayağı ifaçıları daha çox muğam ifaçıları, klassik estrada müğənniləri, xalq və əməkdar artistləri  əvəz edəcək.

Artıq qeyd olunan qadağa bir sıra verilişlərdə özünü göstərir.

Bayağı ifaçılara efir qadağasının hansı müddətə tətbiq olunduğu hələlik məlum deyil. Qeyd edək ki, bir müddət öncə aparıcı Elgiz Əkbər açıqlamasında bundan sonra efirində bayağı ifaçılara yer verilməyəcəyini demişdi. / Oxu24.com