Azərbaycanda qardaş bacısını atasının yas mərasimində buna görə güllələyibmiş - Şok faktlar - VİDEO

29 May 2024
6656be64e8853202405243428
6497

Zaqatalanın Yuxarı Tala kəndində qətl hadisəsi törədilib.

Atasının il mərasimində qızı Nətəvan Əhmədova güllələnib.

Şübhəli kimi onun qardaşı Nurlan Əsgərov saxlandılıb.

Məlumata görə, 35 yaşlı qardaşın 44 yaşlı bacısını ov tüfəngi ilə qətlə yetirdiyi bildirilir.

Rayon prokurorluğunun məlumatına görə, Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin digər təfərrüatları da bəlli olub.

Hüquq - mühafizə orqanlarından verilən məlumata görə, Nurlan Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. Onun üzərində indi də məhkumluğu olduğundan elektron qolbaq daşıyırmış.

Nurlan Əsgərovun yaxınları deyiblər ki, son vaxtlar o əsəb sistemində yaranan problemlərə görə dərmanlar içirmiş.

Mövzu ilə bağlı Xəzər TV-nin videomaterialını təqdim edirik: