Azərbaycanda pişiyinə hər ay 6000 manat xərcləyən müğənni kimdir?
Azərbaycanlı müğənnilər tez-tez dəbdəbəli həyat tərzləri ilə gündəmə gəlirlər. Son vaxtlar isə sənət adamları arasında heyvanlara sevgi nəzərəçarpacaq qədər güclənib.
Şou-biznes təmsilçilərinin heyvanlarını bəzilərimiz ekranlardan, sosial şəbəkələrdən, bəzilərimiz isə təsadüfən onların yanında görmüşük. Sanki heyvan saxlamaq şou aləmində dəb olub. Onlar necə bir-birləri ilə rəqabət aparırlarsa, heyvanları da rəqabətə məcbur ediblər.
Yenisabah.az bu barədə ağlasığmaz məlumat əldə edib. Belə ki, sənətçilərdən birinin saf-qan cins pişiyi hər kəsdən seçilir.
Sözügedən heyvan ingilis kralının sarayında saxladığı pişiyin nəslindəndir. Xüsusi rejimdə qidalanır. Yataq dəsti və yeməyi ilə birlikdə aylıq xərci 6 min manatdır.
Pişik ayda bir dəfə həkim müayinəsindən keçir. Yad təsirlərə qarşı allergiyası olduğu üçün kənar şəxslərlə təması məhdudlaşdırılır. İnfeksiyaya yoluxmaq ehtimalı olduğu üçün Bakının park və bulvarlarında havaya çıxarılmır. Belə ki, paytaxt parkları onun üçün qeyri-sağlam mühit sayılır.
Sözügedən cins pişiyi isə evdə tək saxlamaq olmur, onlar cüt formada - erkək, dişi saxlanılırlar. Hər pişiyin aylıq yataq dəsti, qumu, veterinar xidməti ayrılıqda 3000 manat təşkil edir.
Araşdırdıqda pişikləri saxlayan şəxsin zərif cinsi təmsil edən Xalq artistlərindən biri olduğu üzə çıxdı. Etik olmadığı üçün həmin müğənninin adını açıqlamırıq.