Azərbaycanda gəncin hərəkəti səs-küy yaratdı: Küçədə xanımların şəklini çəkib "Tiktok"da paylaşdı,həbs olundu - FOTO

30 May 2024
6658d5da0437b202405243906
519

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Show.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Nurlan Teyyub oğlu Yusifli "TikTok" sosial şəbəkə platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

/milli.az