Azərbaycanda ildırım vuran 3 nəfərdən 2-si öldü – Kabus kimi gecə

01 İyun 2024
665a9d4c911e0202406240220
911

Azərbaycanda daha bir nəfəri ildırım vurub.

Show.az-ın məlumatına görə, növbəti bədbaxt hadisə Gəncədə baş verib.

Belə ki, şəhərin Həsən Əliyev küçəsində 24 yaşlı O.Quliyevi ildırım vurub.

O, ağır halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Tovuzda da 14 yaşlı Səbuhi Abdullazadəni ildırım vuraraq öldürüb.

Daha bir ildırım vurma nəticəsində ölüm hadisəsi isə Şəmkirdə baş verib.

Son məlumata görə, Yeni Həyat qəsəbəsində 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vuraraq öldürüb.