Azadlığa buraxılan “Roşka” yenidən həbs edildi

24 Yanvar 2025
6793730b25af9202501250131
3023

“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov yenidən həbs edilib.

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Qeyd edək ki, səhər saatlarında oxu.az-da yayımlanan xəbərə əsasən, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar olduğu bildirilib.

“Sako” ləqəbli Sadiq İsmayılov və “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar. / lent.az