"Aygün Kazımova ilə o kadrlardan sonra həyatım dəyişdi, uzun müddət küçədə gəzə bilmədim" - FOTO

02 İyun 2024
Aygun Kazimova
1248

Vaxtı ilə Xalq artisti Aygün Kazımovanın "Şəklimi çək" klipində oynadığı obrazla məşhurlaşan gənc aktyor uzun illər sonra üzə çıxıb.

Show.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramında qonaq olan aktyor Şamil Muradov bildirib ki, ekran işindən sonra həyatı dəyişib.

Şamil uzun müddətdir Rusiyada yaşadığını bildirib:

"Əvvəl Ülviyyə Könülün dəvəti ilə Aygün Kazımova ilə klipə çəkildim. Ondan sonra həyatım dəyişdi, hamı küçədə məni tanımağa başladı. Aygün xanımla bir-birimizə sevgi dolu gözlərlə baxdığımız səhnəni çəkə bilmirdik. Daim gülürdük. Bu səhnə 50 dubla çəkildi. Aygün xanım dönüb gülürdü, rejissor isə deyirdi "yox". 

Həmin klipdən sonra anladım ki, Aygün Kazımova necə ulduzdur. Çünki küçədə uzun müddət gəzə bilmirdim. Hətta Moskva, Dubay və Nyu-Yorkda da hara gedirdim, deyirdilər "klipdəki oğlandır?". 

/titul.az