"Aygün aldığı qonorarın hamısını tanımadığı uşağa verdi" - Elnur Məmmədov
Müğənni Elnur Məmmədov "7 Tamam" verilişində qonaq olub.
Show.az xəbər verir ki, sənətçi proqramda mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı xatirələrini bölüşüb. O, məclislərin birində aldığı qonorarın hamısını tanımadığı musiqiçiyə verdiyini bildirib:
"Bir gün ortaq dostumuzun ailəsində xoş gün idi. Aygünlə həmin məclisə getdik. Hamımıza qonorar verildi. Heç birimiz götürmürdük, amma məcburən o pulu bizə verdilər. Məclisdə kamança çalan bir uşaq var idi. Aygün çıxanda ona yaxınlaşdı və dedi ki, "Çox gözəl ifa etdin. Kamançan da çox qəşəngdir". Uşaq cavab verdi ki, "Dostumundur, öz kamançam hələ yoxdur". Aygün məclisdən götürdüyü qonorarın hamısını uşağa verdi. Xeyli də pul idi. Aygünün gözü heç vaxt pulda, var-dövlətdə olmayıb. Çox mərd insan idi. Azərbaycan musiqisinin arxivi getdi bu dünyadan. Allah ona rəhmət eləsin".
Qeyd edək ki, A.Bəylər bu ilin yanvarında uzun sürən xərçəng xəstəliyindən Ankarada dünyasını dəyişib.