Ayan "Nadirlə eşq yaşayır" iddialarına şok cavab verdi

26 Sentyabr 2024
66f587fb47614202409241243
1092

Müğənni Ayan Babakiyeva duet ortağı Nadir Qafarzadə ilə haqlarında gəzən söz-söhbətə cavab verib.

"Həmin Zaur" verilişində qonaq olan Qafarzadənin "Haqqımızda haqsız danışırlar. Günahdır. Müsəlmanıq, amma insanların haqqına giririk. Müsəlmanın "m"sı bizdə yoxdur. Ayandan az qalıram uzaq qaçım" sözləri Ayanı əsəbiləşdirib.

A.Babakişiyeva Nadirin sözlərini kəsərək, məsələyə belə aydınlıq gətirib:

"Kim özünü müdafiə edirsə, deməli, başqa mövzuya yönlənirik. Kim nə istəyir düşünsün. Nadirin mənə, mənim ona olan münasibətimizi çevrəmiz bilir. Nadirin çox gözəl və mənim gözəl ailəm var. Dostluğumuz davam edir. Lazım olanda el şənliyinə, lazım olanda da konsertə bir gedirik. Səhnədə bir obraz yaradırıq".

Qızı Selenadan söz açan ifaçı "Son zamanlar insanlarda sanki belə bir fikir formalaşıb: kimisə övlad dünyaya gətirir, ərini əldə saxlamaq üçün, kimi öləndə onu basdırmaq üçün. Lazım deyil. Mənim birinci missiyam analıqdır. Qızımın gözəl bir ocağı olsun. Bu yaxınlarda qızımı məktəbə yola salma videosu paylaşdım. İnsanlar başladı yazmağa ki, səhər dururuq, ərimi yola salıram, nə bilim nə, niyə paylaşırsan? Kefim belə istəyir. Mən də bunları edirəm, fərq odur ki, mən məşhuram, paylaşanda xəbər olur" sözlərini deyib. / Axşam.az