Ayan 450 minlik yeni avtomobilindən danışdı: “Halal pulumla almışam” - VİDEO

08 Avqust 2024
Ayan
2189

Müğənni Ayan Babakişiyeva bir müddət əvvəl aldığı yeni “BMW XM” markalı dəbdəbəli avtomobilindən söz açıb.

Bu haqda sənətçi qonaq olduğu “Günaylı gün” verilişində danışıb. Babakişiyeva dəyəri 450 min manatlıq nəqliyyat vasitəsini öz qazancı ilə aldığını bildirib: 

“Çox böyük arzum idi həmin markalı avtomobili almaq istəyirdim. Bu maşını mənə heç kim hədiyyə etməyib. Halal öz pulumla bu avtomobili aldım. Gözlədim ki, bu maşının 2023-cü il nüsxəsi çıxsın. Çıxan kimi də aldım”.  / Bizim.Media