"Artıq qadınları arxadan tanıyırlar” - Plastik əməliyyat edənləri tənqid etdi - VİDEO

14 Aprel 2024
661bfb5338305202404245043
782

"Sonuncu dəfə efirimdə plastik əməliyyatlarla bağlı tənqidi fikir bildirmişdim. Qadınların eyniləşməsi, individuallığını itirməsi... Buna da müxtəlif fikirlər gəldi. Hər kəs dedi ki, kim istəyir etsin. Təbii ki, biz kiməsə qadağa qoya bilmərik".

Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Mirinin dibçəyi" verilişində deyib.
O, verilişində plastik əməliyyatların bu qədər vüsat almasına və qadınların hamısının bir-birinə oxşamasına münasibət bildirdiyini vurğulayıb: "Bunu tənqid etmişdim ki, qadınları artıq üzdən deyil, arxadan tanıyırlar. Dünyanın heç bir yerində qadınların bir-birinə bu qədər bənzəməsi, plastik əməliyyat etdirməsini görməmişəm”.