Aparıcılıqdan uzaqlaşan Ceyran ad gününü belə qeyd etdi - Foto

17 Sentyabr 2024
66e958a49618f202409242332
95

Keçmiş aparıcı Ceyran Rəhimovanın ad günüdür.

O, özəl günü ilə bağlı paylaşım edib. Özəl günü üçün obyektiv qarşısına keçib fotolar və video çəkdirən Rəhimova onları izləyiciləri ilə bölüşüb. 

"Həyatın hər bir anı bir şamdır – bəziləri daha parlaq yanır, bəziləri isə daha sürətlə sönür. Bu doğum günündə üfürdüyüm şamlar, məni sevən, dəstəkləyən hər birinizin sevgisi ilə doludur. Sizin varlığınız mənə hər zaman güc verir. Çox sağ olun ki, yanımdasınız" deyə, C.Rəhimova paylaşımında yazıb.

Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də çalışıb. O, hazırda aparıcılıqdan uzaqlaşıb. / Axşam.az