Aparıcı Kəmalə mini geyimi ilə heyran etdi - Foto

15 Noyabr 2024
670810d6adcf8202410243726
213

Aktrisa və aparıcı Kəmalə Piriyeva “Səma ilə görüş” filminin bu gün baş tutan qalasına qeyri-adi libasda qatılıb.

Sənətçi üzərində gümüşü rəngli aksesuarlar olan paltar geyinib. O, qaladan öncə geyimində son toxunuşlar etdiyi anları sosial media hesabında paylaşıb.

“Axşam qalaya geyinəcəyim paltarı özüm tikirəm”, - deyə, o, bildirib.

Qeyd edək ki, “Səma ilə görüş” filmində Rafael İskəndərov, Taleh Yüzbəyov, Kəmalə Piriyeva, İlkin Həsəni, Əlibəy Məmmədli və Turanə Hüseynli kimi simalar rol alır. / Olay.az