Aparıcı Aytəkinin plastik əməliyyatdan sonrakı şok halı - Foto

05 Oktyabr 2024
67012d74b0154202410241340
1264

Aparıcı Aytəkin Mərdanova plastik əməliyyat etdirdiyini etiraf edib.

Aparıcı bu haqda "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, 1 ay əvvəl bıçaq altına yatıb:

"Veriliş başlayandan hamı dedi ki, səndə dəyişiklik var. Açıqlamırdım. "İstanbul NS" klinikasının plastik-cərrahı Sebahatdin Kandal əməliyyat etdi. 1 ay keçib".

Aytəkin bədənşkilləndirmə etdiyini vurğulayıb.

"Dedim ki, efirdə artıqçəkili görsənirəm. Əsasən də qollarım kök görünürdü. İdman etdirməyə isə tənbələm, vaxtım yoxdur". / Axsam.az