ANS-in məşhur verilişi geri qayıdır

07 Sentyabr 2024
66dc96df29f2d202409240935
324

Aparıcı İlqar Mikayıloğlunun yeni layihəsi bəlli olub. 

Aparıcı ARB TV-də "Günə bax" adlı verilişi ilə tamaşaçıların qarşısına çıxacaq. Veriliş İlqarın illər əvvəl ANS-də aparıcısı olduğu "Günəbaxan" formatında olacaq.

Proqramda həmin formatda olduğu kimi dicey Çina (Çingiz Mustafayev - red.) da yer alacaq.

Qeyd edək ki, İ.Mikayıloğlu bundan əvvəl Real TV-də çalışırdı. / Axşam.az