“Anamın yanımda ağzının danışığını bilməyən insandır” - Əminə Şirin

10 İyun 2024
6666b166a4165202406245518
7221

Müğənni Əminə Şirin meyxanaçı Vüqar Əbdülovla bağlı suala əsəbiləşib.

Show.az xəbər verir ki, "Günaydın, Azərbaycan!" verilişinə qonaq olan ifaçıya meyxanaçı ilə bağlı sual ünvanlanıb. Əminə isə onunla heç barışmayacağını deyib:

"Vüqar Əbdülov haqqında danışmaq istəmirəm. Anamın yanımda ola-ola ağzının danışığını bilməyən insandır. Nə səhv edirsənsə, mənə qarşı elə, mən keçəcəyəm. Amma mənim yanımda anam var və sən…".

Qeyd edək ki, Əminə Vüqarla küsülülüklərinin səbəbini açıqlayarkən "Zəng vurdu, dedim ki, nəsə istəməzdən əvvəl hal soruş. Vüqar zəng etdi ki, dur gəl oxu. Getmədim. Sonra anamla bir məclisə getmişdik. Ondan böyük hörmətsizlik gördüm. Beş qat artıq cavabını aldı. Olmaz bunu etmək. Mübahisə davaya gəlib çıxdı" sözlərini deyib./axsam.az