“Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum” - VİDEO

18 Mart 2024
65f86434308e4202403245636
11798

Bakı şəhər Səbail rayon Məhkəməsində müğənni Nüşabə Musayeva barəsində edilmiş xüsusi ittiham şikayətə baxılıb.

Show.az publika.az-a istinadla xəbər verir ki, müğənninin xalası Şahsənəm Canıyeva bacısı qızının Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddəsinə əsasaən cəzalandırılmasını xahiş edib.

O bildirib ki, N. Musayeva ATV kanalında barəsində alçaldıcı ifadələr işlədib. N.Canıyeva ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 min manat təzminat da tələb edib.

Müğənni isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb.

Şahsənəm Canıyeva ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu eyib.

Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşamalarını gördüklərini deyiblər.

Səbail rayon Məhkəməsinin çıxardığı hökmlə Nüşabə Musayevaya bəraət verilib və Şahsənəm Canıyevanın təzminat tələbi rədd edilib.