Amil Xəlilin verilişi bağladı - Təlimatı o veribmiş
Amil Xəlil "Space" televiziyasında aparıcısı və müəllifi olduğu "Gəl danış" sosial-kriminal verilişinin yeni mövsümdən etibarən efirdə yayımlanmayacağını açıqlayıb.
Bu haqda televiziya ulduzu sosial şəbəkə hesabında məlumat yayıb.
Xəlil bildirib ki, sözügedən proqram televiziyanın rəhbəri Vado Korovin tərəfindən dayandırılıb:
"Dostlar bu mövsümdən etibarən “Gəl, danış” sosial-kriminal layihıniz yayımlanmayacaq. Daimi tamaşaçılarımız Allah şahididir ki, nə arvadını iki kişilə tutanı efirə çıxartmadım, nə qayını ilə hoqqa verən gəlinləri, nə də şərəfsiz mövzuları. Buna ekspertlər də şahiddir. Hətta yutub da tam olaraq baxa bilərsiniz, Heç vaxt… Canlı efirimdə olan qadın qonaqların belə ayaqlarını ayaqlarının üstünə qoyub oturmasına belə qadağa qoymuşdum. 9 il ərzində şou etdim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar “cuq-cuq” mövzularını yayımlayırdı. Bir sözlə qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq. Rəhbərimiz “Əgər millət narazıdırsa, biz etməyək” qərarını verdi. Bu mövsüm “Space TV” çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun. Hər bir kanala mən hörmətlə yanaşıram. Hər biri özümüzündür. Sadəcə bunu paylaşıram ki, mesajlarınıza birbaşa cavab verim. Əgər həqiqətdirsə. Baxın, çevirin kanalları "Space"ə…"
Amil aparıcısı olduğu “Xəbərsiz və “Xoş gəldim” verilişləri ilə bu mövsümdə də tamaşaçıların qarşısına çıxacağını vurğulayıb:
"Bu gündən etibarən “Xəbərsiz” 10-cu mövsümü ilə görüşünüzə gələcək. Saat 19: 30-da "Space TV"də... Qısa müddətdə hər kəsin danışdığı “Xoş gəldim” verilişi yenidən yeni buraxılışları ilə görüşünüzə gələcək. Keçilməz yolları aşıb, Sizlərə maraqlı buraxılışlar təqdim edəcəyik". / olay.az