Ağır qəzaya düşən aparıcı barədə yeni xəbər

18 Aprel 2024
661f8eaf1006d202404245615
10374

Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova ötən gün ağır yol qəzasına düşüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) show.az-a verilən məlumata görə, aparıcının hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir:

“Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən Aytən Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır”.

Qeyd edək ki, hadisə ötən gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.