Ağamirzənin qızı ABŞ-də ailə qurdu, atası toya getmədi - VİDEO

12 Noyabr 2024
672e76fc4c206202411243924
301

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də ailə həyatı qurub.

O, bununla bağlı "Qonaqcanlı" verilişində deyib. O, övladının bu ilin iyununda Amerikada ailə qurduğunu söyləyib. İfaçı qızının özəl günündə iştirak edə bilməyib:

"Oğlan, Mehdi Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. Toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Amerikaya köçən müğənni Elariz Məmmədoğlu - red.) də toyu idarə edib".