Afaq Bəşirqızı həyatının şokunu yaşadı - Qohum toyunda bəyin kim olduğun görəndə... - FOTO

22 İyun 2024
66780f7c4139d202406240516
11188

"Afaq xanım, heç olub sizi aldadıblar?".

Show.az xəbər verir ki, bu sualla ATV telekanalında Xalq artisti Afaq Bəşirqızına "Şən Gənc" proqramının aparıcısı müraciət edib. 

Aktrisanın cavabı hər kəsi təəccübləndirib. A.Bəşirqızı onu aldadan bir gənc barədə danışıb:

"Maşın almağa getmişdik. Cavan oğlan idi. Deyir "Siz nə danışırsınız, mən bu maşını Almaniyadan gətirmişəm, iki balam ölsün". "İki balam ölsün"ü bir söz əvəəlində deyir, bir sonunda.  

Sonra elə oldu ki, düz ilyarımdan sonra təsadüfən mənim qohumumun qızını həmin oğlan aldı. Dedim, adə bura gəl, bəs sən deyirdin ki, "iki balam...". "Afaq xanım, mən evli deyildim ki. Səndemə heç evli deyilmiş".

(Titul.az)