Acun əslən azərbaycanlı imiş, hansı rayondan olduğunu... - Özü açıqladı

12 İyun 2024
6669797bbb397202406243331
35469

Acun Ilıcalı TV8-də "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub.

Aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. "Çox gözəl yatıram. Hətta verilişdə reklam fasiləsində yata bilərəm. Gənclik iliksirim yoxdur, ruhum gəncdir. Heç bir estetikim də yoxdur. Ailədən qaynaqlanır. Genetik şansdır. Azərbaycan köklüyük. Atalarımızda Azərbaycandan gəlmə kökümüz var. Məncə bundandır. Dünyanın ən sağlam adamı deyiləm. Amma yaşıma görə pis deyiləm".

Aparıcı Azərbaycanın hansı rayonundan olduğunu isə gizlədib.