Açıq səhnəyə çəkilən Əməkdar artist: "Bir günün içində populyar oldum, hamı məndən danışırdı"

04 İyun 2024
665f5fcde0ce1202406244117
1157

"İndiki nəsil çox zəhmətkeşdir. Amma əndazə məsələsi var. Bizim üçün çərçivələr daha çox idi. Elə tərbiyə almışdıq ki, bizim üçün əvvəlcə böyüklər idi. İndiki gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar. Ən ağrıdıcı tərəfi budur".

Bu sözləri Əməkdar artist Vəfa Zeynalova İTV-nin efirində yayımlanan "Sabahınız xeyir, Azərbaycan!" verilişinə müsahibəsində deyib. Sənətindən danışan aktrisa bu sahəyə təsadüfən gəldiyini bildirib:

"Mən bir günün içində populyar oldum. Hamı məndən danışırdı. Ətrafda belə bir fikir yaranmışdı ki, özümdən çox razı insanam və hər kəsi özümdən uzaqlaşdırmağa çalışıram. Bu isə əsla belə deyildi. Sadəcə mən o reaksiyalara hazır deyildim. Mən aktrisalığa təsadüfən gəlmişəm. Aktrisa olmasaydım, idman üzrə mütəxəssis olardım".

Xatırladaq ki, Vəfa Zeynalovanın 2011-ci ildə ssenari müəllifi Yavər Rzayevə məxsus "İlahi məxluq" filmində oynadığı açıq səhnə rolu xeyli müzakirələrə səbəb olmuşdu.

Ətraflı videoda: