Açıq görüntülərə baxan 18 qadın özündən getdi - Bu epizoda baxıb xəstəxanalıq oldular - Foto

06 Oktyabr 2024
670a5001497b9202410243129
7627

Almaniyada açıq-saçıq operanın 18 tamaşaçısına ürəkbulanma səbəbindən tibbi yardım lazım olub.

Bu barədə "The Guardian" Ştutqart Dövlət Operasının əməkdaşı Sebastian Eblinqə istinadən xəbər verib.

Bildirilir ki, şou cinsi akt səhnələri , canlı pirsinq, həmçinin çoxlu süni və həqiqi qan ehtiva edib.

"Şənbə günü səkkiz, bazar günü isə daha 10 nəfərə yardım lazım oldu", - deyə mənbədən bildirilib.

Bildirilir ki, şounu qalmaqallı və açıq-saçıq çıxışları ilə tanınan avstriyalı xoreoqraf Florentina Holzinger hazırlayıb. Təşkilatçılar izləyiciləri tamaşaya hazırlaşmaq üçün proqramın təsvirini oxumağa çağırış etmişdilər. / oxu.az