"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramovdan Mənzurə haqqında açıqlama

15 May 2024
6644f34480ce7202405243916
3875

“İllərimiz getdi, Mənzurə. 50 dəfə elçi göndərdim sənə, gəlmədin”.

Show.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov “Həmin Zaur” verilişində deyib.

İfaçı xanım həmkarına gələn elçilərdən danışıb:

“Mənzurəni elə insanlar sevib ki… Bir dostumuz var idi, Mənzurənin dəlisi idi, elə sevirdi ki. Təzə söhbət idi, 2 il olar. İndi də sevənləri var. Adam qızı evdə saxlayar!? Getsin ərə. Qızı yükü, duz yükü. Sevənləri çoxdur”.