2025-ci ildə Azərbaycanı bu fəlakətlər gözləyir – Zirəddin proqnoz verdi

01 Dekabr 2024
674c6a6d987e3202412245349
1233

2025-ci il yeni ideyalar ilidir. Növbəti il təkcə xoş hadisələrlə deyil, həm də yeni müharibənin qığılcımları ilə yadda qalacaq.

Bu sözləri tanınmış ekstrasens Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında deyib.

“Bəzi xarici qüvvələr Azərbaycanda gərginlik yaratmağa çalışacaqlar, lakin bu baş tutmayacaq.

İlin ortaları, ələlxüsus da aprel-may aylarında Azərbaycan-Ermənistan münasibətləri müəyyən qədər gərginləşə bilər. Amma bu, böyük savaşlarla nəticələnməməlidir”.

Z.Rzayev sülh müqaviləsi haqda da fikir bildirib:

“Bu il sülh müqaviləsinin imzalanması ehtimalı azdır. Ancaq buna baxmayaraq, yeni danışıqlar və təkliflər olacaq. 2026-ci ildə sülh müqaviləsinin imzalanması real görünür”.

Ekstrasens Azərbaycanda təbii fəlakətlərin baş verə biləcəyini açıqlayıb:

“Təbiət hadisələrinə gəldikdə isə 2025-ci il Azərbaycan üçün su daşqınları və qasırğalarla yadda qalacaq. Bu il Xəzər dənizi özünü qeyri-adi aparacaq. Eyni zamanda palçıq vulkanlarının aktivləşməsi də müşahidə oluna bilər. Dağlıq bölgələrdə və cənubda təbii fəlakətlərin aktivləşməsi ehtimalı var”.