Bakıda yeni il şənliyində səhnəyə çıxmaq üçün Hadisəyə görün nə qədər pul təklif edilib?
Bakıda yeni il şənliyində səhnəyə çıxmaq üçün Hadisəyə görün nə qədər pul təklif edilib?
Bakıda yeni il şənliyində səhnəyə çıxmaq üçün Hadisəyə görün nə qədər pul təklif edilib?


2018-ci il mənim üçün çox çətin bir il idi. Eyni şeyi 2019-cu ildə də yaşamaq istəmirəm. Sıxıntılar ötən illə keçsin getsin. Ümid edirəm, hər şey gözəl olacaq.

SHOW.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bunu Türkiyənin "Posta" qəzetinə açıqlamasında müğənni Hadisə bildirib.

Ötən il anası Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra müğənni çox çətin günlər keçirib. Anasının sağalması üçün səy göstərən müğənninin, həmçinin maddi məsələlər üzündən 3 bacısı ilə də arası dəyib.

Saytın yazdığına görə, müğənni dekabrın 31-də Azərbaycanda təşkil olunan yeni il şənliyində səhnəyə çıxmaq üçün 460 min TL (147 min AZN) təklif alıb.

Bundan başqa, müğənni yerli içki firmalarından birinin reklamına çəkiləcək. Bir illik reklam müqaviləsi üçün Hadisə 3,5 milyon TL qazanacaq.


50 01.01.19


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi